525.Az

Turqut Özal məzarından çıxarıldı (VİDEO)


 

Turqut Özal məzarından çıxarıldı <b style="color:red"> (VİDEO)</b>

Türkiyənin mərhum prezidenti Turqut Özalın qəbri açılaraq, nəşi tibbi ekspertizya göndərilib.

525.az-ın məlumatına görə, ölümündən 19 il sonra prezident üçün qəbirstanlıqda yenidən mərasim keçirilib. Turqut Özalın cənazəsi bir daha əsgərlərin çiyinlərində daşınıb. Prezidentin nəşi Türkiyə bayrağınə sarınmış tabuta qoyulub.

Türkiyənin Ədliyyə Naziri Sədullah Ergin 20 ilə yaxın vaxt keçsə də, mərhum prezidentin nəşinin əhəmiyyətli hissəsinin salamat olduğunu bildirib. Prezidentin bu gün yenidən dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, Türkiyənin 8-ci prezidenti Turqut Özalın zəhərlənərək öldürüldüyünə dair iddialar səsləndikdən sonra, prokurorluq məzarın açılmasına qərar verib.

 





03.10.2012    çap et  çap et