525.Az

Maduro Maradona ilə futbol oynadı - Video


 

Maduro Maradona ilə futbol oynadı - <b style="color:red">Video </b> Venesuela prezidenti Nikolas Maduro Karakasda səfərdə olan əfsanəvi argentinalı futbolçu Dieqo Maradona ilə birgə uşaqlar üçün keçirilən ustad dərsində iştirak edib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, tədbirin sonunda dövlət başçısı Venesuelanın sabiq prezidenti Uqo Çavesin Maradona ilə çəkdirdiyi fotonu və Venesuela yığmasının “10” nömrəli maykasını keçmiş futbolçuya hədiyyə edib.
 
“Biz hamımız Nikolasın əsgərləriyik. Mən Nikolasa dəstək olmaq üçün bura gəlmişəm. Mən onun çox güclü olduğunu gördüm. O heç vaxt zəiflik göstərməyib. Yaşasın Maduro!”, deyə Maradona bəyan edib.

 





08.11.2017    çap et  çap et