525.Az

Advokat Niderland yığmasını tərk edəcək


 

Advokat Niderland yığmasını tərk edəcək<b style="color:red"></b> Niderland yığmasının baş məşqçisi Dik Advokat Şotlandiya və Rumıniya ilə yoldaşlıq oyunlarından  sonra tutduğu vəzifədən gedəcək.
 
APA-nın məlumatına görə, bu barədə “Fox Sports” xəbər verib.
 
“Noyabr ayında keçiriləcək matçlardan sonra yığmanı tərk edəcəm”, deyə məşqçi qeyd edib.
 
70 yaşlı mütəxəssis 2017-ci ilin mayında Niderland millisinin baş məşqçisi vəzifəsinə gətirilib. Onun rəhbərliyi altında yığma komanda 4 oyunda qələbə qazanıb, 1-də məğlub olsa da, Niderland Dünya çempionatına vəsiqə qazana bilməyib.
 





09.11.2017    çap et  çap et