525.Az

AFFA “Qalatasaray” – “Fənərbaxça” matçının Bakıda keçirilməsinə icazə vermədi


 

AFFA “Qalatasaray” – “Fənərbaxça” matçının Bakıda keçirilməsinə icazə vermədi<b style="color:red"></b>

"Qalatasaray" və "Fənərbaxça" komandaları arasında Türkiyə Superkuboku uğrunda bu il avqustun 11-də keçiriləcək oyunun Bakıda təşkil olunması ilə bağlı Türkiyə Futbol Federasiyasının müraciəti AFFA tərəfindən cavablandırılıb.

525.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, oyun gününədək qalan vaxtın məhdud olması nəzərə alınaraq, Türkiyə Superkuboku uğrunda qarşılaşmanın bu il Bakıda keçirilməməsi məqsədəuyğun sayılıb.

 





04.06.2013    çap et  çap et