525.Az

Patris Evra 7 aylıq futboldan uzaqlaşdırıldı


 

Patris Evra 7 aylıq futboldan uzaqlaşdırıldı <b style="color:red"></b> Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Vitoriya Gimaraynş”la oyunda azarkeşi vuran Patris Evra cəzalandırılıb.
 
Apasport.az saytının məlumatına görə, klubu “Marsel” və UEFA oyunçuya ağır cəza verib.
 
Belə ki, qitənin ali futbol qurumu Fransa millisinin keçmiş üzvünü 7 ay futboldan uzaqlaşdırıb. O, iyun ayının sonuna kimi meydana çıxa bilməyəcək. “Marsel” isə futbolçu ilə olan müqaviləni qarşılıqlı şəkildə ləğv edib.
 
Evra əlavə olaraq 10 min avro miqdarında cərimə də ödəyəcək.
 
Qeyd edək ki, Patris Evra “Mançester Yunayted” klubunun heyətində beşqat İngiltərə çempionu, 3 qat İngiltərə Kubokunun qalibi, 2007/2008-ci il mövsümündə Çempionlar Liqasının qalibi olub. 2014-2016-cı illərdə isə “Yuventus”un heyətində ikiqat İtaliya çempionu olub.
 





11.11.2017    çap et  çap et