525.Az

"525" - zamanın sınağında" nəşrə hazırlanıb


 

"525" - zamanın sınağında" nəşrə hazırlanıb<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Elmi Şurasının qərarı ilə "525-ci qəzet"in 25 illiyi ilə əlaqədar professor Cahangir Məmmədlinin "525" - zamanın sınağında" adlı kitabı nəşrə hazırlanıb.

Kitabda C.Məmmədlinin "525-ci qəzet"in tarixi və keçdiyi yol barədə qələmə aldığı monoqrafiyası, qəzetin əməkdaşlarının xatirə yazıları, tanınmış şexsiyyətlərin "525-ci qəzet"in 25 illiyi ilə bağlı yazıları, həmçinin, qəzetdə dərc olunan yazılardan nümunələr toplanıb.
 
Noyabr 17-də kitabın geniş təqdimatı keçiriləcək.

Parafr.az

 

 





12.11.2017    çap et  çap et