525.Az

İtaliya yığması son 60 ildə ilk dəfə dünya çempionatına vəsiqə qazana bilmədi


 

İtaliya yığması son 60 ildə ilk dəfə dünya çempionatına vəsiqə qazana bilmədi<b style="color:red"></b> Dünən DÇ-2018-in daha bir iştirakçısının adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, günün yeganə pley-off cavab qarşılaşmasında İtaliya ilə İsveç üz-üzə gəlib.
 
İlk görüşdə doğma meydanda qalib gələn İsveç yığması səfər oyununda bu üstünlüyünü əldən verməyib. Skandinaviyalılar qolsuz bərabərliyə nail olaraq adlarını mundiala gedəcək komandaların sırasına yazdırıblar.
 
Dördqat dünya çempionu olan appeninlilər isə 60 ildən sonra mundiala həsrət qalıblar. Sonuncu dəfə 1958-ci ildə bu aqibətlə üzləşən İtaliya yenidən azarkeşlərini kədərə qərq edib.
 
Maraqlıdır ki, “Skuadra Adzurra” indiyədək dünya çempionu adını qazananlar arasında yeganə komandadı ki, Rusiyada oynamayacaq. Çünki Almaniya, Fransa, İspaniya, İngiltərə, Braziliya, Argentina və Uruqvay artıq mundialda oynamaq hüququna yiyələnib.
 
DÇ-2018, pley-off oyunları
Avropa zonası
Cavab qarşılaşmaları
13 noyabr
 

İtaliya – İsveç - 0:0
İlk oyun
: 0:1
 





14.11.2017    çap et  çap et