525.Az

"Turizm sahəsindəki əngəlləri aradan qaldırmaq lazımdır"


 

"Turizm sahəsindəki əngəlləri aradan qaldırmaq lazımdır"<b style="color:red"></b> "Misir və Azərbaycan arasında bütün sahələrdə əlaqələri inkişaf etdirməyə çalışırıq".
 
APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Misirin Cənubi Sinay əyalətinin qubernatoru Xalid Fuda deyib. Səfərə xüsusi əhəmiyyət verdiyini vurğulayan X. Fuda Azərbaycan və Misir arasında turizm əlaqələrinin inkişafı sahəsində mövcud olan problemlərin aradan qaldırılmasına çalışacaqlarını bildirib: "Son iki il ərzində Azərbaycandan Misirə gedən turistlərin sayı çox az olub. Bu, iki ölkə prezidenti və xalqlar arasındakı əlaqələrin səviyyəsinə uyğun deyil".
 
X. Fuda Azərbaycan Turizm Assosasiyasının rəhbəri ilə görüş keçirdiyini və turizm sahəsindəki əngəllərin aradan qaldırılması yollarını müzakirə  etdiklərini söyləyib: "Bundan başqa, bu gün AZAL-ın rəhbəri ilə görüş keçiriləcək  və iki ölkə arasında birbaşa aviareys açılması məsələsi müzakirə olunacaq".
 
Azərbaycanda "ASAN Xidmət"in əhəmiyyətini xüsusi qeyd edən qonaq bu təcrübəni Şarm-Əl Şeyxdə tətbiq etməyə çalışacaqlarını deyib.
 
Misirin Azərbaycandakı səfiri Suzan Cəmil isə bəyan edib ki, səfərdə əsas məqsəd Şarm-Əl Şeyx və Azərbaycan arasında əlaqələri möhkəmləndirməkdir: "Biz istəyirik ki, iki ölkə  arasında turist mübadiləsini artıraq".
 
X. Fudanın sözlərinə görə, son 2 il ərzində Şarm Əl-Şeyxə qarşı "qara kampaniyalar" həyata keçirilir: "Bu qarayaxmalarla mübarizə aparmaq üçün ötən il Şarm Əl-Şeyxdə gənclər forumu keçirildi. Foruma on üç ölkədən üç min gənc qatıldı".
 
Qonaq nəzərə çatdırıb ki, Azərbaycandan Misirə qrup halında səfər edən şəxslərdən viza tələb olunmur: "Fərdi səfər edənlər Şarm Əl-Şeyx hava limanında asanlaşdırılmış qaydada viza ala bilərlər. Azərbaycan Misirin əziz və dost ölkəsidir".
 
Səfir S. Cəmil isə gələn ilin fevral ayında iki ölkə arasında hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini açıqlayıb.
 





14.11.2017    çap et  çap et