525.Az

Akademik Əşrəf Hüseynovun 110 illiyi qeyd olunacaq


 

Akademik Əşrəf Hüseynovun 110 illiyi qeyd olunacaq<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev akademik Əşrəf Hüseynovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
 
APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə akademik Əşrəf Hüseynovun 110 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
 
Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
 





15.11.2017    çap et  çap et