525.Az

Velosiped üzrə dünya çempionatı ilə əlaqədar Təşkilat Komitəsi yaradıldı


 

Velosiped üzrə dünya çempionatı ilə əlaqədar Təşkilat Komitəsi yaradıldı<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
 
APA-nın məlumatına görə, velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ilin iyun ayında Bakı şəhərində  keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
 
Təşkilat Komitəsinin sədri
Yaqub Eyyubov

 
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
 Təşkilat Komitəsinin üzvləri
Hacıbala Abutalıbov

Bakı şəhər İcra Hakimiyyətinin başçısı
Yusuf Məmmədəliyev

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Azad Rəhimov

Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Fazil Məmmədov

Azərbaycan Respublikasının vergilər naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti
Elmar Məmmədyarov

Azərbaycan Respublikasının xarici işlər naziri
Ramil Usubov

Azərbaycan Respublikasının daxili işlər naziri
Kəmaləddin Heydərov

Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Samir Şərifov

Azərbaycan Respublikasının maliyyə naziri
Ramin Quluzadə

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Əbülfəs Qarayev

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Oqtay Şirəliyev

Azərbaycan Respublikasının səhiyyə naziri
Mikayıl Cabbarov

Azərbaycan Respublikasının təhsil naziri
Aydın Əliyev
-
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri
Mədət Quliyev

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Firudin Nəbiyev
-
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi
Elçin Quliyev

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Cahangir Əsgərov

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Balababa Rzayev

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti.
  
Təşkilat Komitəsi 2018-ci il 5-9 iyun tarixində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirməlidir.
 





15.11.2017    çap et  çap et