525.Az

“Marneulidəki azərbaycandilli məktəblərin 50-60 faizinin təmirə ehtiyacı var”


 

“Marneulidəki azərbaycandilli məktəblərin 50-60 faizinin təmirə ehtiyacı var”<b style="color:red"></b> “Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda yerləşən azərbaycandilli məktəblərin təxminən yarısının təmirə ehtiyacı var”.
 
Bu barədə APA-nın Gürcüstan bürosuna Marneuli rayonunun icra başçısı Temur Abazov deyib.
 
O bildirib ki, yerli özünüidarəetmə orqanlarına seçkilərdən öncə məktəblərin vəziyyəti ilə tanış olub. “Məktəblərin vəziyyəti yaxşı deyil. Onların təxminən 50-60 faizinin təmirə ehtiyacı var. Məktəblərlə bağlı problemlər icra hakimiyyətinin səlahiyyətlərinə daxil deyil. Bu problemləri Təhsil və Elm Nazirliyi ilə birgə aradan qaldırmağa çalışacağıq”, - deyə icra başçısı qeyd edib. 
 
T. Abazov ilk növbədə suvarma, daxili yollar, içməli su kimi problemlərin həlli ilə məşğul olacağını əlavə edib.
 





15.11.2017    çap et  çap et