525.Az

Məmmədyarov Moskvada həmsədrlərlə görüşəcək


 

Məmmədyarov Moskvada həmsədrlərlə görüşəcək<b style="color:red"></b> Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Moskvada ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşəcək.
 
APA-nın məlumatına görə, görüşün yerli vaxtla saat 11:00-da başlaması gözlənilir. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylər və nazirlər arasında görüşün mümkünlüyü müzakirə olunacaq.
 
Qeyd edək ki, həmsədrlər Moskvada eyni formatda 2 gün əvvəl Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Münaqişənin həlli istiqamətində danışıqlar aparmaq və nazirlərin görüşünü müzakirə etmək üçün noyabrın 19-20-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana və Daha sonra Ermənistanı səfəri nəzərdə tutulub. 
 





16.11.2017    çap et  çap et