525.Az

Zəlzələ səbəbindən "Transneft" Azərbaycandan nəqli dayandırdı


 

Zəlzələ səbəbindən "Transneft" Azərbaycandan nəqli dayandırdı<b style="color:red"></b> Ötən gün Dağıstan ərazisində baş verən zəlzələ səbəbindən "Transneft" şirkəti Azərbaycandan neft nəqlini dayandırıb.
 
"APA-Economics" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi nümayəndəsi İqor Demin bildirib.
 
Onun sözlərinə görə, hazırda Bakı-Novorossiysk neft kəmərində tədqiqat işləri aparılır: "Hazırda Bakı-Novorossiysk neft kəmərinin Şirvan hissəsində (Azərbaycan sərhədindən Kaspiysk rayonunadək olan hissə) yoxlama işləri aparılır".
 
Onun sözlərinə görə, hazırda bütün limanlarda şəraiti əlverişlidir, tankerlərin hərəkət qrafikində gecikmə yoxdur.
 





16.11.2017    çap et  çap et