525.Az

ABŞ Suriyada təhlükəsizlik zonaları üzrə Rusiya ilə əməkdaşlıq etmək niyyətindədir


 

ABŞ Suriyada təhlükəsizlik zonaları üzrə Rusiya ilə əməkdaşlıq etmək niyyətindədir<b style="color:red"></b> ABŞ Suriyada yeni təhlükəsizlik zonaları üzrə Rusiya ilə əməkdaşlıq etmək niyyətindədir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktoru Brayan Huk bildirib. 
 
“ABŞ-ın hazırkı administrasiyasının ilk günlərindən Suriyada təhlükəsizlik zonaları yaratmışıq... Ümumilikdə onlar hələ də fəaliyətdədir”, - deyə Huk Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışı zamanı bildirib.
 
Onun sözlərinə görə, bu  zonalardan biri Suriyanın cənub-qərbində iyulda yaradılıb: “Biz digər zonalar üzrə əməkdaşlıq etməyə ümid edirik”.
 





17.11.2017    çap et  çap et