525.Az

Rusiya BMT TŞ-də ABŞ-ın Suriyaya dair qətnaməsini blokladı


 

Rusiya BMT TŞ-də ABŞ-ın Suriyaya dair qətnaməsini blokladı<b style="color:red"></b> Rusiya BMT TŞ-də ABŞ-ın Suriyada kimyəvi hücumların araşdırılması üzrə missiyanın mandatının uzadılmasına dair qətnaməsini bloklayıb. 
 
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, BMT və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) Suriyada kimyəvi hücumların araşdırılmasına dair birgə mexanizm 2015-ci ildə yaradılıb. 2016-cı ildə qeyd olunan mandatın müddəti bir illik uzadılıb. Onun müddəti noyabrın 17-si başa çatır.
 
Qeyd edək ki, səsvermə başlamazdan əvvəl Rusiya özünün hazırladığı qətnamə layihəsini geri çağırıb. 
 
Xatırladaq ki, Rusiya 24 oktyabr tarixində də Suriyada kimyəvi hücumların araşdırılması üzrə missiyanın mandatının uzadılmasına dair qətnaməsini bloklayıb.
 





17.11.2017    çap et  çap et