525.Az

BMT TŞ Suriyaya dair Rusiyanın qətnamə layihəsini qəbul etmədi


 

BMT TŞ Suriyaya dair Rusiyanın qətnamə layihəsini qəbul etmədi<b style="color:red"></b> BMT TŞ Suriyada kimyəvi hücumların araşdırılması üzrə missiyanın mandatına dair Rusiyanın qətnamə layihəsini qəbul etməyib. Buna səbəb sənədin lazımi sayda səs toplamaması olub.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sənədi BMT TŞ-in iki daimi üzvü – Rusiya və Çin dəstəkləyib. Qazaxıstan və Boliviya da sənədin lehinə səs verib.  
 
ABŞ, Böyük Britaniya, Fransa, İsveç, Ukrayna, İtaliya və Uruqvay əleyhinə səs veriblər. TŞ-in daha 4 üzvü – Efiopiya, Yaponiya, Misir və Seneqal bitərəf olublar.
 
Qeyd edək ki, Rusiya bundan əvvəl BMT TŞ-də ABŞ-ın Suriyada kimyəvi hücumların araşdırılması üzrə missiyanın mandatının uzadılmasına dair qətnaməsini bloklayıb.
 
Xatırladaq ki, BMT və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) Suriyada kimyəvi hücumların araşdırılmasına dair birgə mexanizm 2015-ci ildə yaradılıb. 2016-cı ildə qeyd olunan mandatın müddəti bir illik uzadılıb. Onun müddəti noyabrın 17-si başa çatır.
 
 
Rusiya 24 oktyabr tarixində də Suriyada kimyəvi hücumların araşdırılması üzrə missiyanın mandatının uzadılmasına dair qətnaməsini bloklayıb.
 





17.11.2017    çap et  çap et