525.Az

Kənd təsərrüfatı istehsalçılarına satılan pestisidlərin həcmi açıqlandı


 

Kənd təsərrüfatı istehsalçılarına satılan pestisidlərin həcmi açıqlandı<b style="color:red"></b>

2017-ci ilin 9 ayı ərzində kənd təsərrüfatı məhsulu istehsalçılarına 129,8 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 118 dəfə çox "Kükürd" növlü, 87,2 ton (8 dəfə çox) "Emarebeno WG" növlü, 39,1 min litr (2 dəfə çox) "Tiovit jet" növlü, 37,6 min litr (16,3% az) "Siperkor EC" növlü, 31,2 min litr (3,5 dəfə çox) "Korfosat" növlü, 28,3 ton (4,6 dəfə çox) "Avirmek EC" növlü və sair pestisidlər satılıb.
 
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, mədaxil olunan pestisidlərdən "Kükürd", "Emarebeno WG", "Microthiol Special Disperss", "Siperkor EC", "Tiovit jet", "Ladicarb 80DF", "Blue Bordo Dispers", "Korfosat", "Terra 90 EC", "Matador", "Avirmek EC", "Garant EC" və "Kumulus" növləri üstünlük təşkil edib.

Əvvəlki ilin müvafiq dövrünə nisbətən 2017-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı məhsulu istehsalçılarına 24144,2 ton və ya 2,3 dəfə çox ammonium nitrat, 12027,6 ton və ya 6,6 dəfə çox ammofos, 5284,8 ton və ya 2,6 dəfə çox karbamid, 2312,6 ton və ya 30,1% az nitroammofoska, 883,9 ton və ya 19,2% az ammonium sulfat və sair aqrokimyəvi maddələr satılıb.

 





17.11.2017    çap et  çap et