525.Az

Azərbaycan şirkətləri 2018-ci ilə optimizmlə baxır


 

Azərbaycan şirkətləri 2018-ci ilə optimizmlə baxır <b style="color:red"></b> "Deloitte Azerbaijan" audit şirkətinin keçirdiyi sorğuya əsasən, respondentlərin (şirkət rəhbərləri və nümayəndələri) 87%-i inanır ki, hazırda Azərbaycanda formalaşmış biznes mühiti müsbət kimi qəbul olunur.
 
Sorğunun nəticələri "APA-Economics"ə təqdim olunub.
 
Nəticələr göstərir ki, respondentlərin mütləq əksəriyyəti 2018-ci ilə optimizmlə baxır. Belə ki, sorğuda iştirak edənlərin 79%-i inanır ki, vəziyyət yaxşıya doğru dəyişəcək. İştirakçıların 13%-i düşünür ki, vəziyyət dəyişməz qalacaq, 8%-i isə vəziyyətin pisləşəcəyinə şübhə etmir.
 
Optimizmin əsas səbəbini respondentlər 2015-2016-cı illərdə üzləşdiyi çətinliklərdən sonra şirkətlərində vəziyyətin stabilləşməsi ilə izah edir. 
 
"Deloitte Azerbaijan" bildirir ki, Azərbaycandakı şirkətlər üçün fəaliyyətin effektivliyinin artırılması prioritet olaraq qalır: buna xərclərə nəzarətin gücləndirmək və optimallaşdırma hesabına nail olmaq olar.
 
Sorğu iştirakçılarının 66%-i hesab edir ki, indiki səviyyədə kapital qoyuluşları biznesin genişləndirilməsi üçün kifayət edir.
 
Respondentlərin 13%-i bir sıra obyektlərinin bağlanmasında israrlıdır.
 





17.11.2017    çap et  çap et