525.Az

UNİCEF-in regional direktoru Azərbaycana səfər edəcək


 

UNİCEF-in regional direktoru Azərbaycana səfər edəcək<b style="color:red"></b> UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Afşan Xan ilk dəfə Azərbaycana səfər edəcək. 
 
UNİCEF-in Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən xəbərə görə, səfər 20-22 noyabr tarixində baş tutacaq.
 
A. Xan yüksək vəzifəli dövlət məmurları, ictimaiyyət nümayəndələri və gənclərlə görüşəcək.
 
Noyabrın 20-də qonaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNİCEF tərəfindən birgə təşkil olunacaq IV Milli Uşaq Forumunun açılışında iştirak edəcək.
 
A. Xan uşaqlara qoyulan investisiyanın dayanıqlı iqtisadi inkişafa dəstək barədə danışacaq.
 





17.11.2017    çap et  çap et