525.Az

Şirkətlərin çoxu maaşın hesablanmasında inflyasiyanı nəzərə almır


 

Şirkətlərin çoxu maaşın hesablanmasında inflyasiyanı nəzərə almır <b style="color:red"></b>

"Deloitte Azerbaijan" audit şirkətinin keçirdiyi sorğuya əsasən, respondentlərin (şirkət rəhbərləri və nümayəndələri) 58%-i əmindir ki, işçilərinin sayı indiki səviyyədə qalacaq.
 
Sorğunun nəticələri "APA-Economics"ə təqdim olunub.
 
Nəticələr göstərir ki, respondentlərin 21%-i işçilərinin sayının 10% artacağını proqnozlaşdırdığı halda, digər 21%-i personalın 6% azalacağına əmindir.
 
Sorğu iştirakçılarının 42%-i orta aylıq əmək haqqının artacağına arxayındır. Onların fikrincə, artım 6% səviyyəsində olacaq.

Aparılan sorğu üzə çıxarıb ki, şirkətlərin 58%-i əmək haqqının hesablanması zamanı inflyasiya amilini nəzərə almır. "Bu isə işçilərin real gəlirlərinin azalması ilə nəticələrin", - deyə sənəddə vurğulanır.

 





17.11.2017    çap et  çap et