525.Az

Azərbaycan BMT-nin yüksək səviyyəli konfransında təmsil olunur


 

Azərbaycan BMT-nin yüksək səviyyəli konfransında təmsil olunur<b style="color:red"></b>

Noyabrın 13-də Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı işə başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, konfransda 196 ölkədən 20 minə yaxın nümayəndə iştirak edir. Prezident İlham Əliyevin tapırığına əsasən, tədbirdə Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Konfransın açılış mərasiminə BMT-nin baş katibi Antonio Quterreş, Ficinin Baş naziri Frank Bainimarama və digər yüksək səviyyəli nümayəndələr qatılıblar.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı noyabrın 17-dək davam edəcək.

CEYHUN

 





17.11.2017    çap et  çap et