525.Az

Zimbabvedə prezidentin impiçmentinə hazırlıq görülür


 

Zimbabvedə prezidentin impiçmentinə hazırlıq görülür<b style="color:red"></b> Zimbabvenin iqtidar partiyası prezident Robert Muqabenin impiçmentinə dair qətnamə hazırlamaq niyyətindədir.
 
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, partiya təmsilçilərindən biri deyib ki, dövlət başçısı istefa verməkdən imtina etsə, impiçmentinə dair prosesə gələn həftə start veriləcək.
 
Qeyd edək ki, bir müddət öncə sabiq baş nazir, müxalifət lideri Morqan Tsvanqirai R. Muqabenin ölkənin maraqları naminə istefaya getməsinin zəruri olduğunu bəyan edib. 93 yaşlı R. Muqabe isə hərbçilərlə danışıqlar zamanı istefa verməkdən imtina edib.
 





17.11.2017    çap et  çap et