525.Az

Səudiyyə Ərəbistanı Almaniyadakı səfirini geri çağırdı


 

Səudiyyə Ərəbistanı Almaniyadakı səfirini geri çağırdı<b style="color:red"></b> Səudiyyə Ərəbistanı Almaniyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanı XİN-in yaydığı bəyanatda bildirilir.
 
Məlumata görə, buna səbəb Almaniyanın xarici işlər naziri Ziqmar Qabrielin livanlı həmkarı ilə görüşündə Səudiyyə Ərəbistanı ilə bağlı səsləndirdiyi ifadələr olub.
 
Rəsmi Ər-Riyad görə, Almaniya XİN rəhbərinin yanlış informasiyaya əsaslanan bəyanatları bölgədə sülhə və sabitliyə xidmət etmir.
 
Eyni zamanda rəsmi Ər-Riyad Almaniyanın Səudiyyə Ərəbistanındakı səfirinə etiraz notası göndərib.
 





18.11.2017    çap et  çap et