525.Az

Milli Məclisin üzvü Asiya PA-nın plenar sessiyasında iştirak edəcək


 

Milli Məclisin üzvü Asiya PA-nın plenar sessiyasında iştirak edəcək<b style="color:red"></b> Milli Məclisin deputatı İlham Məmmədov Asiya Parlament Assambleyasının 10-cu plenar sessiyasında iştirak etmək üçün noyabrın 20-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.
 
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sessiya çərçivəsində qurumun İcraedici Şurasının, Siyasi işlər,  İqtisadiyyat və davamlı inkişaf, Sosial və mədəni işlər, Heyət və maliyyə qaydaları üzrə komitələrinin iclasları keçiriləcək.
 
Millət vəkili toplantılarda müzakirəyə təqdim edilən məsələlər barədə öz fikirlərini bildirəcək, təkliflərini verəcək.
 
Səfər noyabrın 23-də başa çatacaq
 





18.11.2017    çap et  çap et