525.Az

Azərbaycanın sosial müdafiə sahəsindəki islahatları böyük maraqla qarşılandı


 

Azərbaycanın sosial müdafiə sahəsindəki islahatları böyük maraqla qarşılandı<b style="color:red"></b>

Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlətlərinin Əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının 30-cu yubiley iclası keçirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşdığını vurğulayıb. Nazir müavini ölkəmizdə icra olunan mühüm sosial proqramlar, əmək və sosial müdafiə sisteminin yeni innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi üçün son illərdə aparılan sistem xarakterli islahatlar barədə iclas iştirakçılarını məlumatlandırıb.

Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası Alt Sistemi əlilliyin müəyyən olunması üçün verilmiş göndərişin kimə aid olduğu, hətta hansı rayon və şəhərin səhiyyə müəssisəsindən göndərildiyi bilinmədən, tam obyektiv və şəffaf şəkildə əlillik qrupunun təyin olunub-olunmamasına dair qərar qəbul edilməsinə imkan verir. Bu sistem müvafiq məsələlərlə, o cümlədən, əlilliyə görə pensiya və ya müavinət təyin olunması, sağlamlıq imkanları məhdud şəxslərə qəbul imtahanları zamanı zəruri köməkliyin göstərilməsi, imtahan binalarında onlara münasib şəraitin əvvəlcədən yaradılması, çağırış yaşlı şəxslər üzrə məlumatın ötürülməsi, əlilliyi olan şəxsin əmək zəmanəti barədə işəgötürənə elektron məlumatın verilməsi ilə bağlı aidiyyəti qurumlar arasında elektron məlumat mübadiləsinə şərait yaradıb.

N.Məmmədov Azərbaycanda beynəlxalq standartlar səviyyəsində qurulan müasir sığorta-pensiya sistemi barədə də danışıb. O, cari ildə sığorta-pensiya sisteminin uzunmüddətli inkişafına yönələn növbəti islahat tədbiri nəticəsində ölkəmizin tam sığorta əsaslı pensiya təminatına keçdiyini qeyd edib.

Daha sonra iclasda MDB iştirakçısı olan dövlətlərin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində qarşılıqlı əməkdaşlığına, gələcək fəaliyyət istiqamətlərinə, ailə və demoqrafik siyasətlə bağlı həyata keçirilən tədbirlərə, əhaliyə sosial xidmətlərin göstərilməsini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə dair müzakirələr aparılıb.

CEYHUN

 





18.11.2017    çap et  çap et