525.Az

Zimbabvenin hakim partiyası Muqabeni istefa verməyə çağırdı


 

Zimbabvenin hakim partiyası Muqabeni istefa verməyə çağırdı<b style="color:red"></b> Zimbabvenin hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyası prezident Robert Muqabeni sabah saat 12.00-a qədər istefa verməyə çağırıb.
 
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu, partiyanın Mərkəzi Komitəsinin bu gün keçirilən xüsusi iclasında qəbul edilən qətnamədə əksini tapıb.
 
Qətnamədə qeyd edilib ki, əks halda prezidentin impiçmenti prosesinə başlanacaq.
 
Qeyd edək ki, bu gün Zimbabvenin hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyasının Mərkəzi Komitəsinin xüsusi iclası keçirilib. İclasda ölkənin 93 yaşlı prezidenti R. Muqabe partiyanın sədri postundan çıxarılıb. Partiyanın yeni sədri ölkənin sabiq vitse-prezidenti Emmerson Mnanqaqva seçilib. Noyabrın 6-da məhz E. Mnanqaqvanın vitse-prezident postundan uzaqlaşdırılmasından sonra ölkədə siyasi böhran yaranıb, ordu vəziyyətə müdaxilə edib. Nəticədə R. Muqabe ev həbsinə məhkum edilib. İclasda R. Muqabenin həyat yoldaşı, E. Mnanqaqvanın əsas siyasi rəqibi Qreys də partiyadan çıxarılıb.
 





19.11.2017    çap et  çap et