525.Az

16 mərtəbəli binadan bahalı avtomobilin üzərinə paltaryuyan maşın atdılar


 

16 mərtəbəli binadan bahalı avtomobilin üzərinə paltaryuyan maşın atdılar<b style="color:red"></b>

Bakıda binadan avtomobilin üzərinə paltaryuyan maşın atıblar.

Trend-in məlumatına görə, hadisə paytaxrın Nəsimi rayonu ərazisində, "Moskva" Univermağının yaxınlığındakı binanın qarşısında baş verib. Həmin binanın 8-ci mərtəbəsinin eyvanından atılan paltaryuyan maşın həyətdə dayanan "LEXUS" markalı bahalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları gəlib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

 





20.11.2017    çap et  çap et