525.Az

Mourinyo: "Real"dan getdiyim üçün peşman deyiləm"


 

Mourinyo: "Real"dan getdiyim üçün peşman deyiləm"<b style="color:red"></b>

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo keçmiş komandası "Real" (Madrid) klubundan ayrılmasından danışıb.

Qol.Az-ın "Punto Pelota"ya istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis Madrid klubundan getdiyi üçün peşman olmadığını deyib:

"Real"dan getdiyim üçün peşman olmağa dəyməz. Hər il daha da güclü oluram. Mütəmadi olaraq yeni şeylər öyrənirəm. Təbii ki, mənim də bəzi səhvlərim oldu. Amma bir tək mən deyil, digər insanlar da səhvlər etdi. Əgər "Real"da qalsaydım, yeni mövsümə əvvəlki problemlərlə başlamaq məcburiyyətində qalacaqdım".

Qeyd edək ki, Mourinyo "Çelsi" ilə dörd illik müqavilə imzalayıb.

 





05.06.2013    çap et  çap et