525.Az

Moldovalı rəssamların əsərləri İçərişəhərdə sərgilənəcək


 

Moldovalı rəssamların əsərləri İçərişəhərdə sərgilənəcək<b style="color:red"></b>

Noyabrın 22-də İçərişəhərdə - “Art Tower” qalereyasında moldovalı rəssamlar İon və Yuliya Karkilanın sənət əsərlərində ibarət “Moldova gül poeziyasında” adı rəsm sərgisi açılacaq.

Bu barədə AzərTAc-a “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.

Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, eləcə də Moldovanın ölkəmizdəki səfirliyinin və “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə reallaşacaq.

O bildirib ki, dünya şöhrətli rəssamların sənət əsərləri indiyədək dünyanın ən məşhur rəsm qalereyalarında nümayiş olunub. Daha çox akvarel janrında əsərlərin müəllifi kimi tanınan rəssamların Bakıda sözügedən məkanda 30-dən çox sənət əsərləri nümayiş ediləcək. Sərginin üç gün davam edəcəyi nəzərdə tutulur.

 





20.11.2017    çap et  çap et