525.Az

Abşeronda doğuş zamanı əkizlər öldü, ana komaya düşdü


 

Abşeronda doğuş zamanı əkizlər öldü, ana komaya düşdü<b style="color:red"></b>

Abşeronda xəstəxanada doğuş zamanı əkizlər ölüb, ana komaya düşüb

"Report" xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, xəstəxananın doğum şöbəsində Aytac adlı qadın qeysəriyyə yolu ilə doğuş edən zaman əkizlər dünyasını dəyişib, qadın isə komaya düşüb.

"Report"un çəkiliş qrupu hadisənin baş verdiyi xəstəxanada olub. Lakin xəstəxananın növbətçi həkimi sullara cavab vermək əvəzinə, qapını bağlayaraq çəkiliş qrupunu uzaqlaşdırmağa çalışıb.

Dünyasını dəyişən əkizlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 





20.11.2017    çap et  çap et