525.Az

Nazir müavini: "Hazırda təmayülləşmə 720 məktəbi əhatə edir"


 

Nazir müavini: "Hazırda təmayülləşmə 720 məktəbi əhatə edir"<b style="color:red"></b> “Azərbaycan məktəblərində təmayülləşmənin əhatə dairəsi genişlənib. Hazırda təmayülləşmə 720 məktəbi əhatə edir”.
 
APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda uşaqların suallarını cavablandırarkən deyib. O bildirib ki, 2014-cü ildən başlayaraq müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir: “Azərbaycanda fəaliyyət göstərən 150 min müəllimdən 145 mini diaqnostik qiymətləndirmədən keçib, onların əmək haqları artırılıb”.
 
Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, Azərbaycanda narkomanlığa aludə olan, tüfeyli həyat sürən gənclər olsa da, Azərbaycan gənclərinin mütləq əksəriyyəti sağlam düşüncəyə, sağlam əqidəyə sahibdir.
 





20.11.2017    çap et  çap et