525.Az

Hacı Qalibin oğlunun müdafiəsinə yeni vəkil qoşuldu


 

Hacı Qalibin oğlunun müdafiəsinə yeni vəkil qoşuldu<b style="color:red"></b> Nəsimi rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə iclası təxirə salınıb.
 
APA-nın məlumatına görə, hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasda Ə. Salahzadənin müdafiəsinə yeni vəkil Lalə Mansurovanın qoşulduğu bildirilib.
 
Bu səbəbdən proses noyabrın 27-dək təxirə salınıb.
 
Qeyd edək ki, ötən iclasda zərərçəkmiş Elbəy Mirzəyev hər hansı şikayət və tələbinin olmadığını deyib və şikayət ərizəsini geri götürüb.
 
Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Ə. Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.
 





20.11.2017    çap et  çap et