525.Az

Azərbaycan və Rusiya XİN arasında məsləhətləşmələr


 

Azərbaycan və Rusiya XİN arasında məsləhətləşmələr <b style="color:red"></b> Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında bu gün məsləhətləşmələr keçirilib.
 
APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, iki ölkə arasında əməkdaşlığın indiki durumu 2008-ci ildə imzalanan dostluq və əməkdaşlıq bəyannaməsində əksini tapıb. İki ölkə bu sənədə uyğun addımlar atır.
 
“Ticarət dövriyyəsi ilbəil artır. Azərbaycan, Rusiya və İran prezidentlərinin müzakirəsindən irəli gələn məsələlərdən biri Şimal-Cənub Nəqliyyat Dəhlizinin işə salınmasıdır. Bunun potensiyalı genişdir. Həm də yüklərin daşınması yolunu qısaldır”, – deyə E. Məmmədyarov bildirib.
 





20.11.2017    çap et  çap et