525.Az

"Xəzər məsələsinə dair yanaşmalarımızı uyğunlaşdırırıq"


 

"Xəzər məsələsinə dair yanaşmalarımızı uyğunlaşdırırıq"<b style="color:red"></b> "Əməkdaşlığımız geniş əhatəlidir. Regionlararası, parlamentlərarası əməkdaşlıq davam edir. Ali təhsil müəssisələri arasında əməkdaşlıq mövcuddur. Rusiyanın bir sıra universitetlərinin Azərbaycanda filialları açılıb".
 
APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, iqtisadi əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artması da müzakirə edilib: "Beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edirik. Dövlətlərin bərabərhüquqlu olması qaydasının pozulmaması tərəfdarıyıq. Xəzər məsələsinə dair yanaşmalarımızı uyğunlaşdırırıq. Dekabrın əvvəlində keçiriləcək görüşlə bağlı məsələni müzakirə etdik".
 





20.11.2017    çap et  çap et