525.Az

Azərbaycan nefti bahalaşıb


 

Azərbaycan nefti bahalaşıb<b style="color:red"></b>

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 17-də 63,87 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,72 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 17-də 63,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,7 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 17-də 60,42 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,69 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 17-də 61,91 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,77 dollar/barel çoxdur.

 





21.11.2017    çap et  çap et