525.Az

Bakı hava limanı ştat rejimində işləyir


 

Bakı hava limanı ştat rejimində işləyir<b style="color:red"></b>

Bakıda noyabrın 21-də səhər saatlarında müşahidə olunan güclü dumana baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir.

Bu barədə Trend-ə hava limanından bildiriblər. Məlumata görə, duman hava limanının işinə təsir etməyib.

"Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Hər hansı reysin ləğv olunması barədə hələlik məlumat yoxdur", - deyə hava limanından bildiriblər.

 





21.11.2017    çap et  çap et