525.Az

"Rusiyanın sayəsində Suriya xilas oldu"


 

"Rusiyanın sayəsində Suriya xilas oldu"<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin Soçidə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.

Trend-in Kremlin saytına istinadən verdiyi məlumata görə, B.Əsəd Rusiyada işgüzar səfərdədir.

RF lideri Suriyanın dövlət başçısını terrorizmlə uğurlu mübarizə münasibətilə təbrik edib.

Cavabında B.Əsəd vurğulayıb ki, Rusiyanın sayəsində Suriya dövlət kimi xilas oldu: "Suriyanın bir çox rayonları terrorçulardan azad edildi, suriyalılar bu ərazilərə qayıda bildi".

V.Putin ümidvar olduğunu bildirib ki, tezliklə Suriyada terrorizmlə mübarizəyə yekun nöqtə qoyulacaq: "Uğurlara baxmayaraq, münaqişə ocaqları hələ də yarana bilər".

 





21.11.2017    çap et  çap et