525.Az

Artur Rasizadənin iştirakı ilə Milli Məclisin iclası başladı


 

Artur Rasizadənin iştirakı ilə Milli Məclisin iclası başladı<b style="color:red"></b>

Azərbaycan Milli Məclisinin (MM) plenar iclası başlayıb.

“Report”un xəbərinə görə, iclasda Baş nazir Artur Rasizadə daxil olmaqla hökumət nümayəndələri də iştirak edir.

MM sədri Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündələyinə 7 məsələ daxildir. İclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəri müzakirə olunacaq.

Bundan başqa, Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında, Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında qanun layihələri də müzakirəyə çıxarılacaq.

Plenar iclas noyabrın 23-dək davam edəcək.

 





21.11.2017    çap et  çap et