525.Az

"Elektron təhsil" Respublika müsabiqəsinin nominantları müəyyənləşdi


 

"Elektron təhsil" Respublika müsabiqəsinin nominantları müəyyənləşdi<b style="color:red"></b>

"Elektron təhsil" Respublika müsabiqəsinin müəllim, şagird və tələbə istiqamətləri üzrə 6 nominasiyada qəbul edilmiş 644 layihəyə ekspertlər tərəfindən baxılıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ekspertlərin qiymətləndirmə nəticələrinə görə, 644 layihədən 197-si nominant olaraq seçilib və növbəti mərhələyə buraxılıb. Növbəti mərhələdə işlər münsiflər heyəti tərəfindən onlayn qiymətləndiriləcəkdir.

Müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır.

Müsabiqə "AzEduNet", "Ultra", "Edumedia Azərbaycan", "Nar" mobil operatoru və "Təhsildə İnnovativ Texnologiyalar" əlavə təhsil mərkəzi tərəfindən dəstəklənir.

Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq.

2010-cu ildən təşkil edilən müsabiqəyə indiyədək ümumilikdə, 7000-dən artıq layihə təqdim olunub.

S.QARAYEVA

 





21.11.2017    çap et  çap et