525.Az

"Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu"


 

"Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu" <b style="color:red"></b>

Noyabrın 17-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu" mövzusunda tədbir keçirilib.

Tədbirdə öncə DQİDK-nın sifarişi ilə çəkilmiş Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş "Şəhadət" sənədli filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva filmin maarifləndirici xarakter daşıdığını, bu filmin nümayişinin gənclərin milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxışında İslam dininin sülh, əmin-amanlıq dini olduğunu bildirərək, gəncləri ayıq-sayıqlığının artırılmasının və müəyyən bilgilərə yiyələnmələrinin, eyni zamanda, onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyini də diqqətə çatdırıb.

Çıxış edən digər natiqlər - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatrşünaslıq" kafedrasının müdiri, professor Aydın Talıbzadə, Əməkdar artist, ADMİU-nun dosenti Məmmədsəfa Qasımov və başqaları sənədli filmin əhəmiyyətini yüksək qiymətləndiriblər. Tədbirdə gənclərin radikal dini cərəyanların təsiri altına düşməsindən qorunması, dini radikalizmin fəsadları, eyni zamanda, gənclərin milli mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması ilə bağlı da fikir mübadiləsi aparılıb.

 





21.11.2017    çap et  çap et