525.Az

Daşkənd Dövlət Universitetində Nizami Dostluq Mərkəzi yaradılacaq


 

Daşkənd Dövlət Universitetində Nizami Dostluq Mərkəzi yaradılacaq<b style="color:red"></b>

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Daşkənddəki Əlişir Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov arasında görüş keçirilib.

Görüş zamanı xalqlarımız, iki dövlət arasında ədəbi-mədəni əlaqələr, hal-hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər, layihələr müzakirə edilib.

Samir Abbasov Azərbaycan - Özbəkistan arasında hər bir sahədə olduğu kimi mədəni-ədəbi sahədə də yüksək əməkdaşlığın olduğunu, dövlət rəhbərlərinin səyləri nəticəsində bu gün bu əlaqələrin strateji partnyorluq səviyyəsinə çatdığını qeyd edib. O, iki ölkə arasında tarixi dostluq, mədəni, ədəbi əlaqələr barədə danışaraq, son zamanlar ölkəmizdə aparılan islahatlar, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzu, işğal nəticəsində mədəniyyətimizə, ədəbiyyatımıza dəyən ziyan barədə məlumat verib.

S.Abbasov hər iki ölkənin universitetləri, elm, təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsi, habelə rəhbərlik etdiyi  Mədəniyyət Mərkəzi ilə Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti arasında əməkdaşlıq Memorandumunun imzalanmasını təklif edib.

Rektor Ş. Siracəddinov Azərbaycan mədəniyyətinə, ədəbiyyatına Özbəkistanda böyük maraq olduğunu qeyd edərək, Tarixi İpək yolunun üzərində yerləşən hər iki xalqın bir-birinə çox yaxın olduğunu, eyni mədəniyyətə, adət və ənənələrə malik olduğunu qeyd edib. Görüş zamanı irəli sürülər təkliflər, onların konkret icrası müzakirə edilib və təkliflərin Memoranduma daxil edilməsi razılaşdırılıb.

Yaxın günlərdə tərəflər arasında Memorandumun imzalanması planlaşdırılır. 

Sonda Samir Abbasov Daşkənddəki Əlişir Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin kitabxanası üçün Özbəkistanda son zamanar Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilində çap olunmuş kitabları rektor Ş.Siracəddinova hədiyyə edib.

Xədicə RƏHMAN

 





21.11.2017    çap et  çap et