525.Az

“Fitch” Beynəlxalq Bankın reytinqlərini yüksəltdi


 

“Fitch” Beynəlxalq Bankın reytinqlərini yüksəltdi<b style="color:red"></b> "Fitch" Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqlərinə yenidən baxıb.

ABB-nin mətbuat xidmətindən "APA Economics"ə verilən xəbərə görə, "Fitch" bankın xarici valyutada uzunmüddətli reytinqini 4 pillə qaldıraraq "B-" səviyyəsinə, qısamüddətli reytinqini isə 5 pillə qaldıraraq stabil proqnozla "B" səviyyəsinə yüksəldib.
 
Agentliyin şərhində qeyd edilir ki, reytinqlərin yüksəldilməsi ABB-nin xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası prosesinin 1 sentyabr 2017-ci ildə başa çatdırılması və problemli aktivlərin bankın balansından çıxarılaraq "Aqrarkredit"ə ötürülməsi üzrə son tədbirlərlə bağlıdır. Üçüncü rübün yekun hesabatına görə, ABB-nin "Fitch" tərəfindən hesablanan birinci dərəcəli kapital adekvatlığı təxminən 11% təşkil edir.
 
"Fitch" ekspertlərinin rəyinə görə, son bir il ərzində görülmüş işlər nəticəsində bankın aktivlərinin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb və likvidlik mövqeyi möhkəmlənib.
 





21.11.2017    çap et  çap et