525.Az

Rusiya və ABŞ prezidentləri Putin-Əsəd görüşünün yekunlarını müzakirə etdilər


 

Rusiya və ABŞ prezidentləri Putin-Əsəd görüşünün yekunlarını müzakirə etdilər<b style="color:red"></b> Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı Putin-Əsəd görüşünün yekunlarını müzakirə ediblər.

APA-nın xəbərinə görə, bu barədə Kremlin məlumatında bildirilir.  
 
“Vladimir Putin Donald Trampı yanvarın 20-də Suriya prezidenti Bəşər Əsədlə keçirdiyi görüşün əsas yekunları barədə məlumatlandırıb. Bildirilib ki, Suriya prezidenti həmin görüşdə siyasi prosesə, konstitusion islahatlar, habelə prezident və parlament seçkilərinin keçirilməsinə  sadiqliyini təsdiqləyib”, - deyə məlumatda bildirilir. 
 
Putin həmçinin noyabrın 22-də Rusiya, İran və Türkiyə prezidentlərinin iştirakı ilə keçiriləcək üçtərəfli görüş barədə Trampı məlumatlandırıb. Putin bildirib ki, danışıqlar zamanı Suriyada vəziyyətin normallaşdırılması və siyasi nizamlanmanın müxtəlif aspektləri üzrə addımları razılaşdırmaq nəzərdə tutulub.
 





22.11.2017    çap et  çap et