525.Az

Brent markalı neftin qiyməti 63 dolları keçdi


 

Brent markalı neftin qiyməti 63 dolları keçdi<b style="color:red"></b> Dünya birjalarında neft bahalaşır.
 
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,87 dollar və ya 1,53% artaraq 57,70 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,44 dollar və ya 0,70% artaraq 63,01 dollar olub.
 





22.11.2017    çap et  çap et