525.Az

"Azərbaycanda sərt pul-kredit siyasəti davam etdirilməlidir"


 

"Azərbaycanda sərt pul-kredit siyasəti davam etdirilməlidir"<b style="color:red"></b>

Azərbaycan iqtisadiyyatı 2018-ci ildə 2% böyüyəcək.
 
"APA-Ecoonmics" xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development, EBRD) yenilənmiş proqnozunda deyilir.
 
EBRD-nin proqnozuna əsasən, cari ildə Azərbaycanın ÜDM-i 0,5% azalacaq.
 
Növbəti ildə iqtisadi artımın əsas səbəbi kimi "Şahdəniz-2" və TANAP layihələrinin işə düşməsi göstərilir.

Hesabatda həmçinin deyilir ki, makroiqtisadi sabitliyin qorunması üçün hökumət sərt pul-kredit və fiskal siyasətini davam etdirməlidir.

 





22.11.2017    çap et  çap et