525.Az

Zimbabvenin yeni prezidenti kim olacaq?


 

Zimbabvenin yeni prezidenti kim olacaq?<b style="color:red"></b> Zimbabvenin sabiq prezidenti Robert Muqabeni “Timsah” vitse-prezident Emmerson Mnanqaqva əvəzləyəcək.
 
APA-nın “News Day” qəzetinə istinadən verdiyi xəbərə görə, Emmerson Mnanqaqva bu gündən yeni işinə başlayacaq.
 
Qeyd edək ki, Zimbabve prezidenti Robert Muqabe parlamentin onun barəsində impiçment qərarı qəbul etməsindən sonra istefa verib. Bu barədə Zimbabve parlamentinin spikeri Ceykob Mudenda bildirib.
 
Noyabrın 6-da keçirilən iclasda Emmerson Mnanqaqvanın vitse-prezident postundan uzaqlaşdırılmasından sonra Zimbabvedə siyasi böhran yaranıb, ordu vəziyyətə müdaxilə edib.

Nəticədə R. Muqabe ev həbsinə məhkum olunub. İclasda R. Muqabenin həyat yoldaşı, E. Mnanqaqvanın əsas siyasi rəqibi Qreys də partiyadan çıxarılıb.

Noyabrın 19-da Zimbabvenin hakim partiyası xüsusi iclas keçirərək ölkənin 93 yaşlı prezidentini sədr postundan kənarlaşdırıb, noyabrın 20-dək istefa verməyə çağırıb. Partiyanın yeni sədri Emmerson Mnanqaqva olub. Bundan sonra televiziya vasitəsi ilə xalqa müraciət edən R.Muqabe yaxın həftələr ərzində istefaya getməyəcəyini bəyan etmişdi.
 





22.11.2017    çap et  çap et