525.Az

"35 yaşınadək elmlər doktoru olanlara 5000 manat mükafat veriləcək"


 

<b style="color:red">"35 yaşınadək elmlər doktoru olanlara 5000 manat mükafat veriləcək"</b>

"Akademiyanın Rəyasət Heyətinin qərarına əsasən, 35 yaşına kimi "elmlər doktoru" elmi dərəcəsi alan şəxslərə 5000 manat pul mükafat veriləcək”.
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Dilqəm Tağıyev "Müasir elm - gənclərin baxışı ilə" adlı elmi - praktik konfransda deyib.

Akademik bildirib ki, Azərbaycanda 140-a qədər elmi müəssisə fəaliyyət göstərir. Onlardan 40-ı Akademiyanın payına düşür.

D. Tağıyev qeyd edib ki, dünyada 7,8 milyon insan elmi-tədqiqatla məşğul olur. Onların sayı son 10 ildə 20% artıb. 

 





22.11.2017    çap et  çap et