525.Az

Gəncədə ana ölümü oldu


 

Gəncədə ana ölümü oldu<b style="color:red"></b> Gəncədə uşaq dünyaya gətirən ana vəfat edib.
 
APA-nın məlumatına görə, Samux rayon sakini, 1988-ci il təvəllüdlü Gülmirə Sədrəddin qızı Eyyubova dünən Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxananın doğum şöbəsində qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib.
 
Əməliyyatdan bir neçə saat sonra - gecə saatlarında qadının vəziyyəti pisləşib və o, dünyasını dəyişib.
 
Məlumata görə, bu, G. Eyyubovanın 3-cü övladı olub.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 





22.11.2017    çap et  çap et