525.Az

"Tacikistan" iki millət vəkili arasında fikir ayrılığına səbəb oldu


 

AYDIN MİRZƏZADƏ: "AZƏRBAYCANA DOST OLAN BİR ÖLKƏ HAQQINDA BELƏ QEYRİ-DİPLOMATİK, QEYRİ-DOST İFADƏ İŞLƏDİLMƏSİ YOLVERİLMƏZDİR"

"Tacikistan" iki millət vəkili arasında fikir ayrılığına səbəb oldu<b style="color:red"></b>

Tacikistanla bağlı mətbuatda səslənən ifadə iki millət vəkili arasında fikir ayrılığına və narazılığa səbəb olub.
 
Belə ki, millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevin mətbuata son müsahibəsində səsləndirdiyi "Tacikistanla özümüzə təsəlli verməklə biz heç yerə gedə bilmərik" fikri onun deputat həmkarı, Milli Məclisin (MM) Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Aydın Mirzəzadənin narazılığına səbəb olub.

O, həmkarının qeyri-diplomatik ifadə səsləndirdiyini  və bundan düşmən dövlətin ölkəmiz əleyhinə yararlana biləcəyindən narahatlığını dilə gətirib:

"Qüdrət müəllimlə uzun müddətdir ki, parlamentdə birgə fəaliyyət göstəririk. O, müxalifəti, mən isə iqtidarı təmsil edirik. Mövqeyində razılaşdığım və razılaşmadığım məqamlar da daima baş verir. Bugünkü müsahibəsində də bu məqamlar var. Müsahibəni tam analiz etmək və ona opponent olmaq fikrindən uzağam. Ancaq mətndə qəti razılaşmadığım və etiraz etdiyim bir fikir var. O, müsahibəsinin bir yerində bildirir ki, "Tacikistanla özümüzə təsəlli verməklə biz heç yerə gedə bilmərik. Mən Milli Məclisdə Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəriyəm. Dəfələrlə bu ölkədə rəsmi səfərdə olmuşam, dəfələrlə bu ölkənin rəsmi şəxslərinin Azərbaycana səfəri zamanı onlarla görüşmüşəm. Tacikistan Azərbaycanın ərazi bütövlüyün dəstəkləyir, ölkəmizlə dostluğa böuük önəm verir".
İşçi Qrupunun rəhbəri deyib ki, Azərbaycana dost olan bir ölkə haqqında belə qeyri-diplomatik, qeyir-dost ifadə işlədilməsi yolverilməzdir. "Azərbaycanın dünyada cəmi bir düşmən ölkəsi var, o da torpaqlarımızın bir hissəsini işğal etmiş Ermənistandır. Qalan bütün ölkələr bizim üçün dost ölkədir və onları siniflərə bölmək olmaz. Azərbaycan parlament üzvünün dost ölkə haqqında qeyri-diplomatik ifadəsi elə Emənistan tərəfindən bizim əleyhimizə istifadə edilə bilər. Azərbaycan bizə dost münasibət bəsləyən Tacikistanla münasibətlərdə biz çox maraqlıdır və bu dostluğumuz daima möhkəmlənəcək"-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

KAMİL

 





22.11.2017    çap et  çap et