525.Az

Xəzərin su resurslarının mühafizəsi ilə bağlı sessiya işə başladı


 

Xəzərin su resurslarının mühafizəsi ilə bağlı sessiya işə başladı<b style="color:red"></b>

Dünən Bakıda Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın 1-ci Təsisedici Hökumətlərarası Sessiyası öz işinə başlayıb.

Tədbirdə Azərbaycanın nümayəndə heyəti ilə yanaşı, Xəzəryanı ölkələrin balıqçılıq sahəsi üzrə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndə heyətləri iştirak edirlər.

Sessiyanın gündəliyində yeni Komissiyanın təsisi ilə bağlı Prosedur Qaydaların qəbul edilməsi, Xəzəryanı ölkələr tərəfindən brakonyerliklə birgə mübarizə üzrə əməkdaşlıq protokolunun imzalanması, nərə balığı növlərinin kommersiya ovuna moratorium haqqında Sazişin hazırlanması və s. məsələlərin müzakirəyə qoyulması nəzərdə tutulub.

Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın  1-ci Təsisedici Hökumətlərarası Sessiyası sabah öz işini yekunlaşdıracaq.

 





22.11.2017    çap et  çap et